Hacıqabulda mebel mağazası yanıb
Bizi izləyin

Hadisə

Hacıqabulda mebel mağazası yanıb

Hacıqabul şəhərində mebel mağazasında yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, şəhər ərazisində vətəndaşa məxsus ümumi sahəsi 440 kv.m olan mebel mağazasının yanar konstruksiyaları 210 kv.m sahədə və içərisində olan mebellər qismən yanıb.

Mağazanın qalan hissəsi, mağazaya bitişik ev və digər mağazalar yanğından mühafizə olunub.

Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm