Yüksək Texnologiyalar Parkından tikinti materialı oğurlandı
Bizi izləyin

Hadisə

Yüksək Texnologiyalar Parkından tikinti materialı oğurlandı

Pirallahı qəsəbəsində Yüksək Texnologiyalar Parkının ərazisindən inşaat materialları oğurlayıb aparan şəxslər tutulub.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 21-də Pirallahı qəsəbəsində naməlum şəxslər “Mercedes” markalı avtomobildə inşaat materialları oğurlayıb apararkən orada briqadir işləyən Ağstafa rayon sakini Şamxal Bayramov “VAZ-2107” markalı avtomobillə onların qarşısını kəsib. Lakin onlar avtomobili vuraraq hadisə yerini tərk edib.

Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Elməddin Hüseynov, Şəhriyar Cavadov və Tacı Əmrullayev tutulub.

E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm