Nazir Mingəçevir Şəhər Polis Şöbəsinin rəisini cəzalandırdı
Bizi izləyin

Hadisə

Nazir Mingəçevir Şəhər Polis Şöbəsinin rəisini cəzalandırdı

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mingəçevirdəki hadisələrlə bağlı birgə məlumat yayıb.

Publika.az-a verilən məlumatda bildirilir ki, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş vətəndaş Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə cinayət işi başlanıb və istintaq aparılır.

“Müəyyən edilib ki, həmin orqanın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub. Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir şəhər polis şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova "şiddətli töhmət" elan olunub”, - deyə bəyanatda qeyd olunur.

Bildirlir ki, baş vermiş hadisələrlə əlaqədar istintaqın gedişi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və mütəmadi məruzə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm