Hadisə
Cəbhədə erməni təxribatı: düşmənin 5 hərbi qulluqçusu məhv edildi, 8 nəfəri yaralandı
Cəbhənin Ağdam-Xocavənd istiqamətində düşmən fəallığının qarşısı qətiyyətlə alınıb.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.
Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib.
Erməni tərəfi növbəti dəfə itkilərini xalqından
gizlətməyə cəhd etməsinə baxmayaraq əldə olunan məlumata əsasən
düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri
yaralanıb.
Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfinə meyitlərini
çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə
komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul
edib.
Düşmənin atəşi nəticəsində biz tərəfdən 3 hərbi qulluqçu yüngül
qəlpə yarası alıb. Təxirəsalınmaz ilkin tibbi yardımdan sonra hərbi
qulluqçulara daha yüksək ixtissaslı yardım göstərilməsi məqsədilə
onlar hərbi tibb müəssisəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə
yüngül qəlpə yarası almış hərbi qulluqçuların vəziyyəti
qənaətbəxşdir, onların həyatı üçün heç bir təhlükə yoxdur.
Göstərilən tibbi yardımdan sonra hərbi qulluqçular hərbi hissəyə
qaytarılıblar.
Şəxsi heyətin mənəvi-psixoloji reabilitasiyası üzrə təşkil olunan və həyata keçirilən iş nəticəsində hərbi qulluqçuların döyüş əzmi və qələbə ruhu yüksək səviyyədədir.
Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsinə və işğalçıların sıralarında baş verəcək insan itkilərinə görə məsuliyyət bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Müdafiə Nazirliyi əvvəlcədən xəbərdar edir ki, Ermənistanın hərbi rəhbərliyindəki əliqanlı yaramazları cilovlamaq məqsədilə düşmənin mövqelərinə endiriləcək zərbələr daha sarsıdıcı, təsirli və amansız olacaq.
Anar Tağıyev
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK