Axtarışa verilən iş adamının turizm şirkəti bağlandı
Bizi izləyin

Hadisə

Axtarışa verilən iş adamının turizm şirkəti bağlandı

Mədəniyyət və Turizm Nazirliyi “İnter Travel Club” turizm şirkətinin lisenziya fəaliyyətini dayandırıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinə daxil olmuş çoxsaylı şikayətlərə, KİV-də dərc edilmiş məqalələrə əsasən müvafiq araşdırma aparılıb və şirkət tərəfindən həqiqətən də bir neçə vətəndaşın aldadılaraq pullarını mənimsənildiyi, hazırda hüquq mühafizə orqanları tərəfindən şirkət rəhbərliyinin axtarışa verildiyi müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq “İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Sarayevo küçəsi, ev 13 A, mənzil 21) verilmiş 27.05.2011-ci il tarixli, 224 qeydiyyat nömrəli lisenziyanın fəaliyyəti dayandırılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm