PKK-nın yeni hədəfi: "Bakı-Tbilisi-Ərzurum" kəməri - VİDEO
Bizi izləyin

Hadisə

PKK-nın yeni hədəfi: "Bakı-Tbilisi-Ərzurum" kəməri - VİDEO

Türkiyədə bir qrup terrorçu "Bakı-Tbilisi-Ərzurum" qaz kəmərinin Qars əyalətindən keçən hissəsində partlayış törədib.

Terror aktının Kürd Fəhlə Partiyasının (PKK) üzvləri tərəfindən törədildiyi bildirilir.

Partlayış bazar ertəsi gecə yarısında magistral qaz kəmərinin Sarıqamış qəzasından keçən hissəsində baş verib. Hücumda təqribən 20 terrorçu iştirak edib. Yerli televiziyanın məlumatına görə, boru kəməri ilə yanacaq verilişi dayandırılıb, alovun söndürülməsi prosesi gedir.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin bölmələri gəlib. Ətraf ərazilər jandarma və hərbçilərin nəzarəti altına götürülüb. Terrorçularla atışma getdiyi bildrilir.

Türkiyədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş verən partlayış Azərbaycanda “Şahdəniz” platformasının işinə təsir göstərməyib. Bu barədə Trend-ə “BP Azerbaijan” şirkətindən bildirilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verib.

Məlumat qeyd edilir ki, partlayış PKK qrupu tərəfindən törədilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm