• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gəncədə qadın vəkil bıçaqlandı

  • Hadisə
  • 25 Avqust 2015 15:11
  • 893 Baxış
Gəncədə qadın vəkil bıçaqlandı

Gəncə Hüquq Məsləhətxanasında vəkil bıcaqlanıb.

Gəncə şəhər Baş Polis İdarəsindən Publika.az-ın qərb bürosuna verilən məlumata görə hadisə bu gün saat 14 radələrində Gəncə Hüquq Məsləhətxanasında baş verib. Vəkillər Kollegiyasının üzvü, 1966-cı il təvəllüdlü Xatirə Cəbrayılova vəkillik etdiyi bir prosesin qarşı tərəf nümayəndəsi tərəfindən bıcaqlanıb.
Döş qəfəsindən bıçaqlanan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilərək əməliyyata alınıb.

Faktla bağlı Gəncə şəhər Prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Sami Süleymanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR