Ailəsini aldadan iki nəfər intihar etdi
Bizi izləyin

Hadisə

Ailəsini aldadan iki nəfər intihar etdi

Hakerlər tərəfindən məlumatları oğurlanan tanışlıq saytının iki üzvü intihar edib.

Publika.az xəbər verir ki, bu ilin iyul ayında hekerlər tərəfindən hücuma məruz qalan saytın 37 milyon üzvü olub. Onlar bu sayt vasitəsilə evlilikdən kənar qeyri-qanuni münasibətlər qurublar.

Məlumatları oğurlayan hakerlər istifadəçilərlə əlaqə saxlayaraq onları ailələrindən gizlin yaşadıqları bu münasibətlər barədə məlumatları yayacaqları ilə hədələyirlər. Artıq hakerlər bəzi şəxslərin ad, soyad, e-mail, kredit kartı və aldatma hekayələrini yayıb.

Gizlin münasibətləri ilə bağlı məlumatlarının yayılmasından qorxan iki nəfər intihar edib.

Saytın sahibləri isə istifadəçilərdən üzr istəyib. Sayt rəhbərliyi hakerlər haqqında məlumat verəcək şəxslərə 500 min dollar mükafat vəd ediblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm