Bakıda 68 yaşlı qadın evində öldürüldü
Bizi izləyin

Hadisə

Bakıda 68 yaşlı qadın evində öldürüldü

Bakıda qadın yaşadığı evdə qətlə yetirilib.

Xəzər rayon Prokurorluğundan Trend-ə bildirblər ki, 1947-ci il təvəllüdlü Əzizə Həsənovanın - Şüvəlan qəsəbəsində yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qətli törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm