Bakıda gecə baş vermiş qətlin TƏFƏRRÜATI - YENİLƏNİR - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakıda gecə baş vermiş qətlin TƏFƏRRÜATI - YENİLƏNİR - FOTOLAR

Bakıda baş vermiş atışmanın təfərrüatları məlum olub.

Milli.Az Nizami rayon Polis İdarəsindən əldə etdi ki, qanlı hadisə qız üstündə olub. Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.

***

AzNews.az məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sulatnovla əlaqə saxlayıb.

Eldar Sultanov baş vermiş hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işinin başlandığını, eyni zamanda iş üzrə müvafiq ekspertizaların təyin edildiyini bildirib.

Eldar Sultanov əlavə olaraq bildirib ki, İbrahimov Nadir idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı maşınla qara rəngli 10 VM 006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən Həsənov Rövşənlə Nizami Rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “makarov” markalı tapancadan İbrahimov Nadirə 8 güllə atıb.

İbrahimov Nadir 1 saylı Kiliniki Tibbi Mərkəzə çatdırılsa da, dünyasını dəyişib.

***

Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, qara rəngli 10 VM 006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən şəxs markası hələlik bilinməyən maşının (nömrəsi -333) sürücüsünü güllələyib. 8 güllə yarası alan şəxs hadisə yerində keçinib.


Güllə səslərinə gələn Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmağa başlayan sürücünü təqib etməyə başlayıblar. O, Sabunçu ərazisində idarəetməni itirərək, “Chevrolet” markalı maşına çırpılıb və avtomobilini aşırıb. Əldə etdiyimiz məlumata görə, “Lexus”un sürücüsü ağır yaralandığı üçün 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) yerləşdirlib. Xəstəxanadan bildirilib ki, sürücünün vəziyyəti ağırdır.

AzNews.az-a verilən məlumata görə, qəza törədən sürücünün polis işçisi olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm