Bakıda avtobus yanır – FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Bakıda avtobus yanır – FOTO/VİDEO

Bakıda marşrut avtobusu yanır.

Şahidlərin Publika.az-a verdikləri məlumata görə, hadisə təxminən saat 14:50 radələrində baş verib. Onların sözlərinə görə, “Koroğlu” metrostansiyasının qarşısındakı marşrut avtobusu öz-özünə alışıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Publika.az-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb: “Hadisə bir neçə dəqiqə əvvəl baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Yanğın yaxın dəqiqələr ərzində söndürüləcək”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm