
Bərdə rayonunda gənclər arasında kütləvi dava baş
verib.
Publika.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə
rayonun Cəyirli kəndinin ərazisində qeydə alınıb. Təxminən 15 nəfər
gəncin iştirak etdiyi dava nətcəsində 1 nəfər bıçaqlanıb, 4 nəfər
isə ağır bədən xəsarətləri alıb.
Bıçaq yarası alan Asiman Kamranlı adlı gənc xəstəxanaya çatdırılıb.
Onu bıçaqlamaqda şübhəli bilinən Seymur Həsənov adlı şəxs artıq
saxlanılıb.
Polis faktla bağlı araşdırma aparır.