Bakıda qadın 9-cu mərtəbədən yıxılıb öldü - VİDEO (+18)
Bizi izləyin

Hadisə

Bakıda qadın 9-cu mərtəbədən yıxılıb öldü - VİDEO (+18)

Bakının Xətai rayonu, Mehmandarov küçəsində 57 yaşlı qadın 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.

Hadisə şahidlərinin də dediyinə görə, mərhum 57 yaşlı Xatirə İsmayılova əvvəlcə dəmir günlüyün üstünə çıxaraq bir neçə dəqiqə orada dayanıb, canına qəsd etmək istəyib.

Lakin qonşuların onu dilə tutmasından sonra fikrini dəyişərək, yenidən pəncərədən içəri keçmək qərarına gəlib. Amma müvazinətini itirərək yıxılıb.

“Eyvandan baxırdım, bir də gördüm ki, üzbəüz binadan bir qadın balkonun dəmir günlüyün üstündə çıxaraq dayanıb. Əvvəl elə bildim ki, qadın aynanı təmizləyir. Sonra gördüm ki, yox, qadın intihar etmək istəyir. Artıq aşağıdan qonşuları qışğırmağa başladılar ”, – deyə hadisə şahidi Vüqar Ağabəyov bildirib.

“Eyvanda durmuşdum, birdən bir qadının pəncərəyə çıxdığını gördüm. İlk öncə qadın bir müddət dəmir günlüyün üstünə çıxaraq oturdu. Sonra durmaq istəyəndə müvazinətini itirərək yıxıldı”, – deyə hadisənin başqa şahidi Teymur Muradov qeyd edib.

Mərhum ailəli olub. Bina sakinlərinin sözlərinə görə, Xatirə İsmayılova buna qədər də bir neçə dəfə intihara cəhd edib. Lakin hər dəfə qarşısı alınıb və fikrindən daşınıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. (anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm