Bakıda məhkumlar arasında İNSİDENT
Bizi izləyin

Hadisə

Bakıda məhkumlar arasında İNSİDENT

Ədliyyə Nazirliyinin 1 saylı Cəzaçəkmə müəssisəsində məhkumlar arasında insident baş verib.

Teleqraf.com xəbər verir ki, cəzaçəkmə müəssisində olan məhkumlar – 1969-cu il təvəllüdlü Elçin Eyyub oğlu Yaqubov, 1973-cü il təvəllüdlü Ariz Qayib oğlu Mahmudov, 1955-ci il təvəllüdlü Əlihüseyn Həsən oğlu Əkbərov, 1979-cu il təvəllüdlü Ramil Bayram oğlu Yaqubov, 1983-cü il təvəllüdlü Elnur İlham oğlu Əliyev mübahisə ediblər.

Hadisə zamanı məhkumlar Elnur Əliyevi döyüblər və o xəsarət alıb.

Nizami rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm