Bakıda daha bir faciə: ana və uşaq doğuşda öldü
Bizi izləyin

Hadisə

Bakıda daha bir faciə: ana və uşaq doğuşda öldü

1 saylı Klinik Xəstəxanada ana və uşaq ölümü baş verib.

Publika.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Səbinə Ziyad qızı Mütəllimova qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirib.

Uşaq əməliyyatdan bir neçə dəqiqə sonra, ana isə üç gün sonra dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a açıqlamasında bildirib ki, ana ürək qüsurlu olub və həkimlər ona uşaq dünyaya gətirməyi qadağan edib:

“Həkimlərin xəbərdarlığına baxmayaraq, o, uşaq dünyaya gətirmək istəyib. Ölüm faktı nazirliyin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Bu, qadının ikinci doğuşu olub”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm