Hadisə
Sığınacaqda qalan qadını əri qaçırdı
Ərinin zorakılıqlarına görə evdən qaçıb sığınacağa gələn qadını həyat yoldaşı qaçırıb.
Publika.az xəbər verir ki, bu barədə Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə yazıb.
“Sığınacağımızda qalan bir qadın ay yarım bundan əvvəl uşağı ilə yaxınlıqdakı həkim məntəqəsinə gedib qayıtmamışdı. Dərhal bu barədə yaxınlıqdakı polis şöbəsinə məlumat vermişdik. Çünki o ərəfədə əri bizə zəng vursa da, qadın onun yerinin bildirilməməsini xahiş etmişdi. Qadın yoxa çıxdıqdan sonra əri bizə zəng vurub polisin ondan izahat istədiyini və bizi vaxtında məlumatı gizlətdiyimizə görə cavab verəcəyimizlə hədələmişdi. O zaman kişiyə qadının həyatının təhlükədə olduğunu dediyini əsas gətirdik. O isə bizə dedi ki, "mən heç vaxt onu döyməmişəm, sadəcə özü günahkar idi". İndicə polisdən zəng vurdular ki, qadın polis idarəsindədir. Sən demə, indiyə kimi ərinin yanında imiş və əri onu gizlədib. Hazırda qadının döyülməkdən ayağı tutulub, yeriyə bilmir. Polis şöbəsindədir. İşgəncədən bu dəfə uşağını da qoyub qaçıb”, - Mehriban Zeynalova qeyd edib.
Gülxar
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!