Hadisə
MTN-dən İŞİD xəbərdarlığı: Ayıq-sayıq olun!
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin terrorçuluq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları – Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu şübhəli şəxs qismində tutulublar.
Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsindən
Publika.az-a verilən məlumata görə, faktlarla
bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən
AR Cinayət Məcəlləsinin 12.1,279.1-ci, 12.3,28,214.2.1,
12.3,28,214.2.3 və 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə
cinayət işləri başlanılıb. Xasaylı Şirxan Elxan oğlu, Mikayılov
Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman
oğlu və Eyyubov Azər Mətləb oğlu təqsirləndirilən şəxs qismində
cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan
tədbirləri seçilib.
Onlardan Mikayılov Rövşən Baba oğlu barəsində istintaq tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin məhkəmənin 25 avqust 2015-ci il tarixli hökmü ilə Rövşən Mikayılov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxslər - Şirxan Xasaylı, Elşən Adilov, Vüqar
Hacıyev və Azər Eyyubov barəsində, habelə cinayət işləri üzrə bütün
halların araşdırılması, bu hüquqazidd əməllərin digər
iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müəyyən edilib ki, Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)” terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.
Məlumat üçün bir daha bildirilir ki, yuxarıda göstərilən
cinayətlərin törədilməsinə görə Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş cəza müddətləri artırılaraq 20
ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzaları müəyyən
edilib.
Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarını ayıq-sayıq olmağa, milli təhlükəsizlik əleyhinə hüquqazidd əməllərdən və milli maraqlara yad təsirlərdən kənar durmağa çağırır.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü