Hadisə
Baş Prokurorluq sabiq deputatla bağlı araşdırma aparılması üçün tapşırıq verdi
Baş Prokurorluq Bakı şəhər prokurorluğuna sabiq deputat Nazim Məmmədovun “Baku Steel Company” şirkətinə qarşı ittihamları ilə bağlı tapşırıq verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Publika.az-a verdiyi məlumata görə, kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə sabiq deputat Nazim Məmmədovun “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edərək sosial şəbəkələrdə özünə aid olması ehtimal edilən səhifədə sonuncuya xəsarətlər yetirilməsi ilə bağlı çağırışlar etməsi xüsusatları üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmaların aparılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən Bakı şəhər prokurorluğuna tapşırıqlar verilib.
Qeyd edək ki, N. Məmmədov sosial şəbəkələrdə “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədova xəsarət yetirilməsi (qulağının kəsilməsi) ilə bağlı çağırış edib.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!