Tanınmış klarnet ifaçısı özünü asdı
Bizi izləyin

Hadisə

Tanınmış klarnet ifaçısı özünü asdı

Şəkidə intihar hadisəsi baş verib. 30 yaşlı şəhər sakini özünü asıb öldürüb.

Şəki Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Şəki şəhər sakini, 1985-ci il təvəllüdlü Seymur Tahir oğlu Qədirbəyli yaşadığı evdə özünü asıb. Onu asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar.

Onun özünü hansı səbəbdən öldürməsi hələlik məlum deyil.

Seymur Qədirbəyli Şəkidə tanınmış klarnet ifaçısı olub və toylarda iştirak edib, ailəli idi.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma ) ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm