• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Zibilin içindən silah-sursat tapıldı - FOTO

  • Hadisə
  • 3 Sentyabr 2015 14:21
  • 630 Baxış
Zibilin içindən silah-sursat tapıldı - FOTO

Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkarlanıb.

Bu barədə Publika.az-a “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib. İş prosesi zamanı tapılan ümumilikdə 10 növ təhlükəli əşya “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib.

Avqust ayında müxtəlif günlərdə aşkarlanan və polisə verilən silahlar və silah hissələri aşağıdakılardır:

1) 2 ədəd F1 əl qumbarasının korpusu
2) 2 ədəd F1 əl qumbarasının alışqanı
3) 1 ədəd pnevmatik tapanca
4) 1 ədəd “Valtro” tapancası
5) 2 ədəd avtomat darağı
6) 1 ədəd patrondaş sepi
7) 162 ədəd 7.62 mm çaplı patron
8) 13 ədəd 5.45 mm çaplı patron
9) 1 ədəd 14.5 mm çaplı patron
10) 10 ədəd tapanca patronu

Bakı şəhərindən toplanmış tullantılar gün ərzində “Təmiz Şəhər” ASC-nin çeşidlənmə zavoduna təhvil verilir. Zavodda tullantılar tərkibinə görə ayrılaraq xammal kimi təkrar istehsala yönəldilir. İş prosesi zamanı bəzən bu cür təhlükəli və başqa qeyri-adi əşyalar aşkar olunur. Bu zaman qurumun əməkdaşları həmin əşyaları aidiyyatı üzrə təhvil verirlər.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR