• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Azərbaycanda GÜCLÜ zəlzələ: təkanlar bütün ölkə ərazisində - 7 BAL (YENİLƏNİR)

  • Hadisə
  • 4 Sentyabr 2015 15:33
  • 4 385 Baxış
Azərbaycanda GÜCLÜ zəlzələ: təkanlar bütün ölkə ərazisində - 7 BAL (YENİLƏNİR)

Oğuz rayonunda daha bir zəlzələ baş verib.

Publika.az Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat verir ki, yerli vaxtla saat 14:39-da Şəkidən 27 km cənub-şərqdə, Oğuz ərazisində zəlzələ qeydə alınıb.

Dərinliyi 20 km, maqnitudası 3.3 olan zəlzələ hiss olunmayıb.

***

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Publika.az-a bildirib ki, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb.

Onun sözlərinə görə, hazırda bölgələr üzrə məlumatlar toplanır: “Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi bölgələrdən məlumatları toplayır. Lakin hər hansı dağıntı və tələfat qeydə alınmayıb. Hazırda məlumatların toplanması davam etdirilir və ictimaiyyətə məlumat veriləcək”

***

Bu gün səhər saatlarında Şəkidə baş verən zəlzələdən sonra ciddi dağıntılar qeydə alınmayıb.

Bu barədə Publika.az-a icra başçısı Elxan Usubov məlumat verib.

Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Komissiyası kəndlərdən məlumatları toplayır: "Lakin ilkin olaraq deyə bilərik ki, ciddi dağıntılar yoxdur".

Məlumata görə, Şəki Şəhər İcra Hakimiyyətinin binasında, yaşayış evlərində və inzibati binalarda çatlar əmələ gəlib.

Gülxar

***

Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, Şəkidə baş verən zəlzələ respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.

***

"Mingəçevirdə zəlzələ oldu, hətta bəzi binaların otaqlarında çat əmələ gəlib".

Publika.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə öz "Facebook" səhifəsində yazıb.

"Şəhər icra hakimiyyətinə, tanışlara zəng etdim. Hələ ki dağıntılar və ağır fəsadlar barədə xəbər yoxdur.

Həmin vaxtı Bakıda olduğum otaqda lyustrun zəif tərpənişini mən də hiss etdim", - millət vəkili əlavə edib.

Bu saatlarda Azərbaycanın bir sıra bölgələrində zəlzələ olub.

Publika.az xəbər verir ki, Ucar, Göyçay, Yevlax, Tovuz, Şəki, Şamaxı, Ağdaş, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Ağdam, Sabirabad və bir sıra başqa rayonlarında zəlzələlər qeydə alınıb.

Zəlzələlər yerli sakinlər tərəfindən hiss olunub. Zəlzələnin Gürcüstan ərazisində də hiss olunduğu bildirilir.

Publika.az xəbər verir ki, təkanlarla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 09:49-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub.

***

Bu gün səhər saatlarında Şəkidə də zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR