Tovuzda atışma: iki nəfər yaralandı
Bizi izləyin

Hadisə

Tovuzda atışma: iki nəfər yaralandı

Ermənistan Silahlı Qüvvələri ötən gecə Tovuzun cəbhəyanı kəndlərini atəşə tutub.

Publika.az xəbər verir ki, gecəyarıyadək davam edən atışma zamanı rayonun Əlibəyli kəndinin 2 sakini - 87 yaşlı İsa Musayev və 83 yaşlı Sehran Musayeva yaralanıb.

Hər iki yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, kənddə 100-dən artıq evin dam örtüyünə atışmada ziyan dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm