Hadisə
Şəkidə çadırlar quruldu: sakinlər gecəni bayırda keçirəcək
Şəkidə baş verən güclü zəlzələ iki kənddə dağıntı
törədib. Rayonun Bolludərə və Qaratorpaq kəndində bəzi ailələr
gecəni çadırda keçirəcək.
Bolludərə kənd bələdiyyəsinin sədri Mehman Rəcəbovun ANS PRESS-ə
verdiyi məlumata görə, kənddə bəzi evlərin divarları dağılıb.
Bolludərədə uşaq bağçası tamamilə yararsız hala düşüb. Kəndin iki
məktəbi də ciddi xəsarət alıb. Taxıl anbarı isə qəzalı vəziyyətə
düşüb.
"Kənddəki bəzi evlər yararsız hala düşdüyü üçün Fövqaladə Hallar
Nazirliyinin (FHN) əməkdaşları tərəfindən həmin evlərin sakinlərinə
gecələmələri üçün çadırlar paylanacaq", - deyə Rəcəbov
bildirib.
Oxşar hadisə Qaratorpaq kəndində də yaşanır. Həmin kənddə də evlərə
ciddi ziyan dəyib.
"Bu gün baş verən zəlzələdə ən çox zərər Qaratorpaq kəndinə dəyib.
Kənddə bəzi evlərin divarları uçub. Bəzi mənzilərdə yaşamaq olar.
Çünki divarların bəzi hissəsi dağılıb. Ancaq bir sıra evlərdə
gecələmək mümkün olmadığı üçün həmin sakinlərə də çadırlar
paylanacaq. Kənddə həmçinin uşaq bağçası və seçki məntəqəsi də
yararsız vəziyyətə düşüb", - deyə M. Rəcəbov deyib.
Ziyan dəyən hər iki kəndə Şəki şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov və FHN-in yüksək vəzifəli şəxsləri baş çəkərək öz
tapşırıqlarını veriblər. Zərər çəkən evlər qeydiyyata alınıb.
Bu gün səhər yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km
cənub-şərqdə zəlzələ qeydə alınmış, episentrdə 7 bal, ətraf
rayonlarda 6-5 bala qədər hiss olunmuşdu.
Zəlzələ Şəki ilə yanaşı Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala,
Balakən və digər ətraf rayonlarda hiss edilmişdi.
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı