Sumqayıtda içərisində uşaq olan çanta tapıldı
Bizi izləyin

Hadisə

Sumqayıtda içərisində uşaq olan çanta tapıldı

Sumqayıt şəhərində içərisində qız uşağı olan çanta tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 6-da Sumqayıt şəhərinin Koroğlu prospektində içərisində qız uşağı, geyim əşyaları və 1 yaşlı Dərya Məmmədovanın adına verilmiş doğum haqqında şəhadətnamə olan çanta tapılaraq 1 saylı Doğum evinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm