Azərbaycanda 2000 ev işıqsız qaldı
Bizi izləyin

Hadisə

Azərbaycanda 2000 ev işıqsız qaldı

Lənkəranda baş verən yol qəzası 3 kəndi işıqsız qoyub.

ANS PRESS-in məlumatına görə hadisə gecə saatlarında Lənkəran-Boradigah şosesinin rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 60 yaşlı Aydın Qurban oğlu Səlimovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili qəfildən idarəetməni itirib və yolun kənarındakı elektrik dirəyinə çırpılaraq onu aşırıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, güclü zərbədən minik avtomobili yararsız vəziyyətə düşüb.

Sürücü qarşı tərəfdən hərəkətdə olan minik avtomobilinin birbaşa onun üstünə gəldiyini, maşınını qaçıraraq yolun kənarına verən zaman qəza törətdiyini deyib.

Elektrik dirəyinin aşması səbəbindən 3 yaşayış məntəqəsinin 2000-dən çox abonenti təqribən yarım saat işıqsız qalıb. Rayon Elektrik Şəbəkəsi əməkdaşlarının müdaxiləsindən sonra evlərə elektrik enerjisinin verilişi bərpa olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm