Şabranda ağır qəza: bir ailənin 5 üzvü xəsarət aldı
Bizi izləyin

Hadisə

Şabranda ağır qəza: bir ailənin 5 üzvü xəsarət aldı

Sentyabrın 10-da Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Quba-Rusiya Federasiyası yolunun 125-ci km-də qeydə alınıb.

Şabran rayonunun Vəlvələ kənd sakini, 1953-cü il təvəllüdlü Zakir Hüseynovun idarə etdiyi 10 BD 325 dövlət nömrə qeydiyyatlı “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və onun ailə üzvləri - 1992-ci il təvəllüdlü Hüseynova İradə Zakir qızı, 1994-cü il təvəllüdlü Hüseynova Sahilə Zakir qızı, 1990-cı il təvəllüdlü Hüseynov Yusif Zakir oğlu və 2001-ci il təvəllüdlü Hüseynov Emil Zakir oğlu müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Müvafiq tibbi yardımdan sonra onlar bu gün səhər saatlarında ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm