Mərkəzi Nəbatat Bağı yandı
Bizi izləyin

Hadisə

Mərkəzi Nəbatat Bağı yandı

AMEA-nın Mərkəzi Nəbatat Bağında yanğın olub.

Publika.az xəbər verir ki, bağın həyətində olan ot örtüyü və ağaclar yanıb.

Mərkəzi Nəbatat Bağının direktor müavini Vahid Fərzəliyevin Publika.az-a verdiyi məlumata görə, əməkdaşlar yanğından dərhal xəbər tutublar və yanğın artıq söndürülüb:

“Yanğın qonşu ərazidə baş verib. Lakin külək bağ istiqamətində əsdiyindən bura da yayılıb. Biz dərhal yanğından xəbər tutduq və əhatə dairəsinin genişlənməsinin qarşısı alındı”.

V.Fərzəliyev həmçinin bildirib ki, yanğın nəticəsində bağa ciddi ziyan dəyməyib, yalnız ot örtüyü və bəzi ağaclar yanıb.

Yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin bir neçə yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm