Azərbaycanda həbsdə olan məşhur iş adamına bəraət verildi
Bizi izləyin

Hadisə

Azərbaycanda həbsdə olan məşhur iş adamına bəraət verildi

Azərbaycanda dələduzluqda, mənimsəmə və ya israf etmədə və vergi ödəməkdən yayınmada ittiham olunan iş adamı Müqayis Verdiyevə bəraət verilib. Bu barədə “Report”a həmin şəxsin vəkili Adəm Məmmədov bildirib.

Bəraət barədə qərarı Gəncə Apellyasiya Məhkəməsi verib.

Goranboy rayonundan olan iş adamı Müqayis Verdiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 213.1-ci (vergi ödəməkdən yayınma, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri üzrə cinayət işi başlanılıb. 2013-cü ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay həbs cəzası verilib.

İş üzrə zərərçəkən qismində "Fəqan Xidmət" MMC göstərilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm