Kran Kəbənin üzərinə aşdı: 107 ölü, 238 yaralı - FOTO/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Kran Kəbənin üzərinə aşdı: 107 ölü, 238 yaralı - FOTO/VİDEO (YENİLƏNİB)

Səudiyyə Ərəbistanında yağan güclü yağış Məkkə şəhərində bədbəxtliyə səbəb olub.

Publika.az xəbər verir ki, müsəlmanların müqəddəs ziyarətgahı olan "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində məscidin divarlarından biri dağılıb. Nəticədə 107 nəfərin öldüyü, 238 adamın yaralandığı bildirilir. Dünyasını dəyişən zəvvarlardan ikisi Türkiyə vətəndaşıdır. Daha 19 Türkiyə vətəndaşı yaralanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm