Balakəndə evə ildırım düşdü: ata və qızı xəsarət aldı (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Balakəndə evə ildırım düşdü: ata və qızı xəsarət aldı (YENİLƏNİB)

Balakəndə bədbəxt hadisə baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Gərəkli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 156 kvmetr olan birmərtəbəli, 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı ev sahibi və onun azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saat 06.00 radələrində rayonun Gərəkli kəndində Teymur Xipiyevə məxsus ümumi sahəsi 156 kv/m olan 4 otaqlı fərdi yaşayış evinə ildırım düşüb.

Yanğın zamanı ev sahibi Teymur Xipiyev və onun 2015-ci il təvəllüdlü qızı Olqa Xipiyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar və Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilir ki, Teymur Xipiyevə 3-cü dərəcəli, körpəyə isə 2-ci dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm