İki nəfəri it dişlədi - ŞƏKİDƏ
Bizi izləyin

Hadisə

İki nəfəri it dişlədi - ŞƏKİDƏ

Şəkidə bir azyaşlı olmaqla iki nəfəri sahibsiz it dişləyib.

Şəki rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, sentyabrın 13-ü günorta saatlarında rayonun Baş Göynük kənd sakini, 1968-ci il təvəllüdlü Şükür Nəsir oğlu Həlsətov və rayonun Öryət kənd sakini, 2003-cü il təvəllüdlü Nihad Rafiq oğlu Rəsulov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, sahibsiz it 47 yaşlı Şükür Həlsətovun sol ayağının baldır, 12 yaşlı Nihad Rəsulovun isə sol ayağının topuq nahiyəsindən dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərildikdən və quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm