Bakı metrosuna döyülmüş itlə daxil oldular - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakı metrosuna döyülmüş itlə daxil oldular - FOTOLAR

Bu gün pekines cinsindən olan itlə metroya daxil olan iki naməlum gəncin etdikləri hərəkətlər qatardakı sərnişinlərin narazılığına səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə paytaxt sakinlərindən biri sosial şəbəkələrdə status yazıb.

Qəmər adlı sərnişin bildirib ki, metroya daxil olmuş gənclər onda ilk baxışdan itin sahibi olmadıqları təəssüratı yaradıblar: “Heyvan çox pis vəziyyətdə idi. O döyülmüşdü. Gənclər heyvanı hətta metronun içində də vururdular. Bütün bunlar deməyə əsas verir ki, gənclər itin sahibi deyildilər. Adətən belə hallarda mən etirazımı bildirirəm. Lakin bu dəfə 2 yaşlı oğlum yanımda olduğundan narazılığımı bildirmədim. Oğlanlar metroya “Sahil” stansiyasında mindilər və “Koroğlu”da vaqonu tərk etdilər”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm