Qusarı su basdı: 4 ev uçdu, xəsarət alan var - FOTOLAR/VİDEO
Bizi izləyin

Hadisə

Qusarı su basdı: 4 ev uçdu, xəsarət alan var - FOTOLAR/VİDEO

Dünən axşam saatlarında Qusarda güclü yağış yağıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yağan güclü yağış rayonda fəsadlar törədib.

Rayonun küçələrini, evləri su basıb. Avtomobillər güclə hərəkət edib.

Qusarda təbii fəlakət nətcəsində 4 ev uçub. Hadisə nəticəsində xəsarət alan Bilqeyis Məmmədov körpücük sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov sel nəticəsində 50-dən çox evi və həyəti su basdığını bildirib. Şəhərin 10-dan artıq küçəsini sel suları yuyub. Sədr bildirib ki, FHN-nin xüsusi texnikaları və yanğınsöndürən maşınları suyun çəkilməsində istifadə olunub. Qubada yerləşən Xucbala qəbiristanlığını da su basıb.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm