Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 3-ə çatdı - FOTOLAR/VİDEO - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 3-ə çatdı - FOTOLAR/VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında yaralanaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən şəxslərdən biri də dünyasını dəyişib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Publika.az-a bildirib ki, bu yaralı Ofelya Məmmədova vəfat edib.

Qəza nəticəsində yaralanan qadının həyatını xilas etmək mümkün olmayıb.

Qəza nəticəsində yaranlanalardan Elçin Qarayev kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxananın reanimasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, xəstə əməliyyat olunub. Hazırda vəziyyəti stabildir.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a bildirib ki, qəza nəticəsində xəsarət alanlardan biri də xəstəxanada dünyasını dəyişib. Onun qadın olduğu bildirilir.

***

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Publika.az-a verilən məlumata görə, yaralılardan birinin sol ayağı, digərinin sol baldırı amputasiya olunub. Hazırda bir neçə nəfər də əməliyyatdadır. Ola bilər ki, onlar arasında da amputasiyaya ehtiyac olsun.

Yaralıların 5-i travma alıb. Onlar Baloğlan Ağakişiyev (1988-ci il təvəllüdlü), Rövşən Cavadov (1988-ci il), Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyevdir. Asif Paşabəyov, Ofelya Məmmədova isə reanimasiyadadır. 3 nəfərin isə şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Hadisə nəticəsində ölənlərdən biri 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.



***

Təcili Tibbi Yardım Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəstəxanaya 10 nəfər yerləşdirilib. Onların 9-nun vəziyyəti ağır, 1-nin vəziyyəti isə orta-ağır dəyərləndirilir. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

***

Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Arif Yusifovun Publika.az-a verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaralılara ilkin yardım göstərilib və onlar Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

Arif Yusifovun sözlərinə görə, ölənlərin biri tələbədir, digərinin şəxsiyyəti naməlumdur. Yaralıların əksəriyyətinin də kimliyi naməlumdur.

A.Yusifov deyib ki, yaralıların əksəriyyəti şokdadır, kəllə-beyin travması alıblar.

Gülxar

***

Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Şahidlərin verdiyi məlumata görə, hadisənin baş verməsi nəticəsində ölən və yaralananlar var.

Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.

Hadisə yerində araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm