Bakı-Sumqayıt qatarının vurduğu qadın intihar edibmiş - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Bakı-Sumqayıt qatarının vurduğu qadın intihar edibmiş - YENİLƏNİB

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti elektrik qatarının qadını vurması məsələsinə aydınlıq gətirib.

ASC-dən Trend-ə daxil olan məlumata görə, 17 sentyabr 2015-ci ildə saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Baş Keşlə - Bakı yük mənzilinin 2656-cı kilometrindən keçərkən hadisə baş verib.

Bakı şəhəri Keşlə qəsəbə sakini, Aşıq Qərib küçəsi ev 33 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yolu xəttinin üzərinə uzanaraq intihar edib.

İlkin məlumata görə, mərhum Q. Abdullayevanın ruhi xəstə olduğu bildirilir.

Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxıl olub.

***

Bakı-Sumqayıt qatarı qadını vurub.

Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, bu gün Keşlə qəsəbəsində Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 51 yaşlı Qətibə Abdullayevanı vurub. Nəticədə qadın aldığı xəsarətdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm