Göygöldə iki qardaş güllələndi
Bizi izləyin

Hadisə

Göygöldə iki qardaş güllələndi

Göygöl rayonunda silahlı insident baş verib.

Bu barədə “Report”a Göygöl rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, rayon sakini 43 yaşlı Namiq İmanov qonşusu İlyas Abbasovu və onun qardaşını güllələyib. Güllələnən qardaşlar xəstəxanaya yerləşdirilib.

N.İmanov saxlanılıb, ondan ov tüfəngi götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, N.İmanovun atdığı güllələrdən biri zərərçəkənlərin atını da yaralayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm