Bakı Polisi bu şəxslə bağlı əhaliyə müraciət etdi - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakı Polisi bu şəxslə bağlı əhaliyə müraciət etdi - FOTOLAR

Bakıda cibgirliklə məşğul olan şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 17-də saat 10 radələrində Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Bəhruz Bayramovun əl çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Tariyel Etibar oğlu Məmmədov tutulub.

Şübhəli şəxsin üzərindən 1 ədəd bıçaq və oğurlanan mobil telefon maddi subut kimi aşkar olunaraq götürülüb. T.Məmmədov ətrafında keçirilən ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, o, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda xüsusilə cibgirlik yolu ilə bir sıra oğurluq əməlləri törədib. Cinayət Məcəlləsinin 177,1, 180,1-ci maddələri ilə ayırı-ayırılıqda iki dəfə məhkumluğu olan şübhəli şəxs ətrafında istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərər çəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud "102" Zəng - Mərkəzinə məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm