Göygöldə silahlı insident: Qoruq nəzarətçisi adam vurmaq istədi, atı yaraladı (VİDEO)
Bizi izləyin

Hadisə

Göygöldə silahlı insident: Qoruq nəzarətçisi adam vurmaq istədi, atı yaraladı (VİDEO)

Göygöl rayonunun Çaykənd kəndində qoruq nəzarətçisi ilə vətəndaş arasında silahlı insident baş verib.

İnsident ötən gün axşam saatlarında məcburi köçkünlər 31 yaşlı Namiq İmanovla 40 yaşlı Mətləb Abbasov arasında yaşanıb. Hadisə zamanı tərəflərdən biri odlu silahdan istifadə edib. Ov tüfəngindən açılan atəş Mətləb Abbasova deyil, ona məxsus ata dəyib.

Zərərçəkən şəxs Mətləb Abbasov: “Ov tüfəngini üstümə tuşladı. Bu zaman mən də əl atıb at tərəfə yönəltdim. O da ata dəydi. Məni vurmaq istəyirdi”.

Qeyd edək ki, Namiq İmanov Göygöl Meşə Qoruğunda nəzarətçi işləyir. Qoruğa qanunsuz daxil olma və digər məsələlərlə bağlı tərəflər arasında təxminən üç aydır mübahisə gedir. Sonuncu dəfə isə belə bir mübahisə Namiq İmanovla Mətləb Abbasovun böyük qardaşı İlyas arasında yaşanıb.

Zərərçəkənin qardaşı İlyas Abbasov isə deyir ki, artıq üç aydır bu mübahisə başlayıb: `Deyir sizin ikinizi də öldürəcəm. Məni heç kim tutmayacaq”. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm