Yenə yaşayış binası, yenə yanğın - 30 nəfər təxliyə edildi
Bizi izləyin

Hadisə

Yenə yaşayış binası, yenə yanğın - 30 nəfər təxliyə edildi

Bu gün səhər saatlarında Mingəçevir şəhərində yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunub. Yanğın saat 06:45-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm