SOCAR-ın avtomobili qəzaya düşdü, 1 ölü, 2 yaralı
Bizi izləyin

Hadisə

SOCAR-ın avtomobili qəzaya düşdü, 1 ölü, 2 yaralı

SOCAR-a məxsus olan avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, hadisə bu gün səhər 07:00 radələrində baş verib. Belə ki, SOCAR-ın Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən 35 saylı komandasında posta təhkim olunmuş 90 AR 644 dövlət nömrə nişanlı "Mitsubishi" markalı nəqliyyat vasitəsi Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirərək arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb. Qəza nəticəsində sürücü Məlikli Mətləb Abdulla oğlu hadisə yerində ölüb, atıcılar Sadıqov Sakit Babat oğlu və Məmmədov Rəşad Fazil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm