Sevil Yusifova qəzaya düşdü
Bizi izləyin

Hadisə

Sevil Yusifova qəzaya düşdü

Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Şəki-Bakı yolunda avtomobil qəzasına uğrayıb.

Teleqraf.com-un məlumatına görə, qarşıdan gələn VAZ 2107 markalı avtomobil Sevil Yusifovanın da içərisində olduğu “Hunday” markalı maşının yoluna çıxaraq qəza törədib. Avtomobilə ciddi ziyan dəyib, sürücü və sərnişinlər isə yüngül xəsarət alıblar.

Sevil Yusifovanın vəkili Səməd Vəkilov bildirib ki, hadisə yerinə DYP əməkdaşları baş çəkiblər. Araşdırma aparılır.

Sevil Yusifova rəhbəri olduğu təşkilatın fəaliyyəti ilə əlaqədar rayondakı qurumlarla görüşdən sonra Bakıya qayıdırmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm