Rektorun qızını döyən qardaşlar azadlığa buraxıldı
Bizi izləyin

Hadisə

Rektorun qızını döyən qardaşlar azadlığa buraxıldı

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Elin və Zaur Məmmədov qardaşlarına hökm oxunub.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Məmmədov qardaşlarının cinayət işinə Səbail Rayon Məhkəməsində, hakim Elşad Şamayevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün, Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə Məmmədov qardaşlarının hər birinin aylıq qazancının 20 faizinin tutulması nəticəsi ilə onları məhkəmə zalından azadlığa buraxıblar.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hökmdən Baş prokurorluq narazı qalıb və Məmmədov qardaşlarının cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verilib. Həmçinin Məmmədov qardaşlarının da müdafiəçiləri apelyasiya şikayəti veriblər. Onların şikayətləri baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Əmir Bayramovun icraatına verilib.

Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb.

Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib. Həmin qərardan Baş prokurorluq apelyasiya məhkəməsinə təqdimat verib. Prokurorluğun təqdimatı ilə Zaur Məmmədovun barəsində həbs qəti-imkan tədbiri, Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qəti-imkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm