Bir ay əvvəl itkin düşmüş qadının öldürüldüyü məlum oldu
Bizi izləyin

Hadisə

Bir ay əvvəl itkin düşmüş qadının öldürüldüyü məlum oldu

Sumqayıt şəhərində bir ay əvvəl qətl törətmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a verilən məlumata görə, avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb.

Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm