• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

İnkassator maşını qəzaya düşdü: 3 yaralı

  • Hadisə
  • 23 Sentyabr 2015 16:38
  • 475 Baxış
İnkassator maşını qəzaya düşdü: 3 yaralı

Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayonunun Qızılca kəndi ərazisində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin inkassator maşını ilə “Ford Tranzit” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, inkassator avtomobilində olan bank işçiləri - 1988-ci il təvəllüdlü Samir Abdullayev, 1978-ci il təvəllüdlü İlyas Verdiyev və 1989-cu il təvəllüdlü Rufan Hümbətov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Gəncə Mərkəzi Klinik Xəstəxanasına aparılıblar.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR