Ana və balanı maşın vurdu
Bizi izləyin

Hadisə

Ana və balanı maşın vurdu

Xaçmaz rayonunda yol qəza hadisəsi baş verib.

Rayon sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə bu gün təxminən saat 11-12 arası Nerecan kəndində qeydə alınıb.

Sürətlə hərəkət edən avtomobil yolu keçən qadın və onun 8 yaşlı övladını vuraraq hadisə yerindən qaçıb.

Ana-bala xəstəxanaya yerləşdirilib. Qəza zamanı ikinci sinif şagirdi baş-beyin travması alıb. Valideynin isə ağır vəziyyətdə olduğu bildirilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm