Evli kişi ilə qaçan qızın ailəsi danışdı - VİDEO
Bizi izləyin

Hadisə

Evli kişi ilə qaçan qızın ailəsi danışdı - VİDEO

29 yaşlı Fərid Zeynalov Tərtərin Köçərli kəndindəndir. O, bir neçə aydır qeyri-rəsmi nikahda olduğu Tofiqəni Bakıdan rayona gətirəndə nə öz evinə, nə atası evinə aparıb. APA-nın xəbərinə görə, əmisi Elçingilə gətirib. Bundan xəbər tutan Fəridin atası, qızın valideynlərini çağırıb. Hər iki tərəf məsələni sakitliklə həll etməyə çalışıb.

Fəridin əmisi Elçin Zeynalovun sözlərinə görə, dünən Tofiqə Qurbanovanın valideynləri kəndə gələrək Fəridin onların qızı ilə qeyri-rəsmi nikah münasibətlərində yaşadığını bildirib: "Məlum oldu ki, Fərid 3-4 aydır bu qızla birgə yaşayır. Bu evlilikdən xəbərsiz olmuşuq. Hər şey bundan sonra başladı. Biz istəyirdik ki, məsələni qanuni yolla həll edək. Lakin Fərid söhbət etmək məqsədilə Tofiqəni də götürərək həyətə düşdü. Bir müddət sonra isə Fərid Tərtər rayon Polis Şöbəsindən evə zəng edərək Tofiqəni həyətdə boğaraq öldürdüyünü, polisə təslim olduğunu dedi. Fəridin həyat yoldaşı məsələdən xəbər tutan kimi uşaqlarını da götürüb atası evinə gedib".

İki uşaq atasının qeyri-rəsmi nikahda yaşadığı Tofiqə Qurbanova isə Ağdamın Güllücə kəndindəndir. O, “Dördyol-2” qəsəbəsində məskunlaşıb. Fəridlə harada və nə vaxt tanış olduğu bilinməsə də, onların bir neçə ay əvvəl isti münasibətdə olduqları artıq hər kəsə məlum olub.

Tofiqə Qurbanovanın anası İlhamə Qurbanova deyir ki, onların hər ikisini bağışlayıbmış: "Qızımı qəbul edirdim. Oğlanın ailəli olduğu və rəsmi nikahla iki övlad sahibi olduğunu eşidəndə qızımı geri qaytarmaq üçün Tərtər Rayon Polis Şöbəsinə də məlumat verdim".

Ananın şikayəti əsasında polis şöbəsinə çağırılan Tofiqə və Fərid izahatları alınandan sonra evə buraxılıb. Elə hər şey də ondan sonra baş verib. Kəndə gələn sevgililər Fəridin rəsmi nikahdan olan arvadının qışqır-bağır saldığını görüblər. Amma Fərid onun gözünə görünmədən Tofiqə ilə həyətə keçib. Məhz bundan sonra aralarında nə baş verdiyi bilinməyən səbəbdən dolayı Tofiqəni boğaraq öldürüb. Özü isə təslim olmaq üçün Tərtər Rayon Polis Şöbəsinə yollanıb. Yaxınlarına zəng edərək "mən Tofiqəni öldürdüm, meyiti həyətdədir" deyib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və ekspertlər meyiti müayinə etdikdən sonra ailəsinə təhvil verib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm