
Ötən gün İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.
Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayon Elektrik Şəbəkəsində mühəndis işləyən Nazim Haqverdiyev rayonun Qalagah kəndində yerləşən un dəyirmanının həyətindəki elektrik dirəyindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.