Gəlin evi yandırdı, sonra özünü binadan atdı - FOTOLAR
Bizi izləyin

Hadisə

Gəlin evi yandırdı, sonra özünü binadan atdı - FOTOLAR

Bakının Nizami rayonunda fəciəvi hadisə baş verib.

Musavat.com xəbər verir ki, 8-ci kilometr bazarının arxasındakı binada yerləşən mənzillərdən birində yanğın baş verib. Ailənin gəlini, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı qayınanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb. K.Adıgözəlova hadisə yerindəcə dünyasını dəyişib. Sabunçu xəstəxanasından verilən məlumata görə, A.Könül xəstəxanaya gətiriləndə artıq ölmüş vəziyyətdə olub.

Mərhumənin atası deyib ki, qızını qayınanası və əri özünü öldürmə həddinə çatdırıb: “İki il idi onu incidirdilər, işgəncə verirdilər. Qızımı onlar öldürdü”.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm