Məkkədə həlak olan hacımızın adı açıqlandı - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Məkkədə həlak olan hacımızın adı açıqlandı - YENİLƏNİB

Bu gtün Məkkədə həlak olan azərbaycanlı hacının şəxsiyyəti dəqiqləşib.

Qaqaz Müsəlmanları İdarəsindən Publika.az-a verilən məlumata görə, Məkkədə ölən şəxs Yardımlı rayon sakini Əzizağa Şirinovdur. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, Ə.Şirinovun səhhəti 3 gün əvvəl pisləşib. Günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilən həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb. O bu gün səhər saatlarında keçinib.

X X X

Bu gün səhər saatlarında daha bir hacımız dünyasını dəyişib.

Azərbaycanlı zəvvar qrupunun rəhbəri Hacı Şahin Həsənli Publika.az-a bildirib ki, 81 yaşlı hacı ürək çatışmazlığından düyasını dəyişib.

Hacı Şahin qeyd edib ki, bu il Məkkədə havalar çox isti keçir. Ona görə də yaşlı zəvvarların çoxu gün vurmadan həyatını itirib.

Qeyd edək ki, bu il Həcc ziyarətində daha iki zəvvarımız vəfat etmişdi.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm