Azərbaycanlı biznesmen Volqoqradda belə güllələndi – VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanlı biznesmen Volqoqradda belə güllələndi – VİDEO

Rusiyanın Volqoqrad şəhərində öldürülən azərbaycanlı iş adamı Zülfüqar Əsədovun güllələnməsinin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, kadrlarda 32 yaşlı sahibkarın “Lexus” markalı avtomobili ilə evə getdiyi görünür. Zülfüqar Əsədova evinin yaxınlığında – Şeksninski küçəsində yerləşən 32 saylı binanın qarşısında naməlum şəxslər yaxınlaşır və avtomobilə “Kalaşnikov” avtomat silahından fasiləsiz atış açırlar. Atəşdən avtomobilin ön şüşəsi çatlamağa başlayır və salonda olan adamlar qışqırır.

Qeyd edək ki, Volqoqradda bir neçə ticarət məntəqəsinin sahibi olan Zülfüqar Əsədov sentyabrın 26-da gecə saatlarında güllələnib. O, yaralı vəziyyətdə xəstəxanaya aparılsa da, çoxsaylı güllə yarasından dünyasını dəyişib.

Əsədovun yanındakı mühafizəçi isə sağ qalıb. Yaralanan mühafizəçi hazırda xəstəxanadadır.

Bu, azərbaycanlı biznesmenin həyatına ilk sui-qəsd deyil. Onu ötən il də vurublar, amma vaxtında edilən tibbi yardım sayəsində Zülfüqar Əsədov sağ qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm